Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

A- A A+

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində xidmət edəcək türkiyəli hərbçilərlə görüşüb.

“Biz vəzifəmizi yerinə yetirməyə hazırıq. Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək üçün vəzifəmizi yerinə yetirəcəyik", - H.Akar deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: