İsveçdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub - FOTOLAR

A- A A+

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçdə yaşayan azərbaycanlılar Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirəsini yad etmək üçün ölkəmizin İsveçrədəki səfirliyinin önündə toplaşıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının himninin səslənməsi və Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım mərasimində iştirak edən həmyerlilərimiz ürək sözləri ilə çıxış ediblər.

Çıxışçılar bildirib ki, Azərbaycan Ordusunun zəfər yürüşü ilə bu il tarixi adələtsizliyə son qoyulub və ölkəmizin uzun illər işğal altında olan böyük əraziləri azad olunub. Ölkəmizin azadlığı və bütövlüyü uğrunda həyatından keçib şəhidlik zirvəsinə ucalan vətən övladların şücaətliyindən danışan diaspor fəalları, şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir diləyiblər.

Tədbir əsnasında, “Biz şəhidlərimizə ömür boyu borclu olacağıq”, “Vətən sağ olsun”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: