Misir KİV-ləri diasporumuzun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bəyanatını yayıb

A- A A+

Misirin “Akhbarelyom”, “Almydanews” və “Elwatiqa” informasiya portallarında Azərbaycan diasporunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bəyanatı yayılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun imzası ilə yayılmış bəyanatda bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən geniş qeyd edildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, dost Misirdə yaşayan soydaşlarımız 1991-ci il dekabrın 31-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu vaxt təsis etdiyi bu əlamətdar günü geniş şəkildə qeyd edirlər. Bu il isə bayram Silahlı Qüvvələrimizin və Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqımıza bəxş etdiyi şanlı Qələbə əhval-ruhiyyəsi ilə qeyd olunur.

Bəyanatda bildirilir ki, xaricdə, o cümlədən Misirdə yaşayan azərbaycanlılar həmin ölkələrin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər. Həmçinin qeyd olunur ki, keçmiş sovet respublikaları arasında İslam Əməkdaşlıq Təşkilatına qoşulan ilk dövlətlərdən biri olan Azərbaycan Respublikası ərəb və İslam dünyası ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasında 155 dövlət tərəfindən dəstəklənməsi, habelə Qoşulmama Hərəkatına sədrlik etməsi və onun Zirvə görüşünü keçirməsi Azərbaycanın hər il artan beynəlxalq nüfuzunun təzahürüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: