“Reallıqdan uzağa, virtual aləmə yox, gerçəkliyə qayıtmalıyıq" Armen Sarkisyan

A- A A+

Prezident Armen Sarkisyan hesab edir ki, Ermənistanda dövlətin, milli konsepsiyanın, dövlət idarəetmə sisteminin və ordunun yenidən qurulmasına ehtiyac var. NUHÇIXAN İnformasiya Agentliyi  armenianreport.com saytına istinadən xəbər verir ki, sözügedən ölkənin prezidenti Armen Sarkisyan xalqına Yeni il TV müraciətində ölkədəki vəziyyəti, Qarabağ münaqişəsinin kəskinləşməsi nəticəsində yaranmış vəziyyəti, hökumət sistemindəki qeyri-mütəşəkkilliyin, məsuliyyətsizliyin olması və peşəkarlığın olmaması ilə izah edib.

“Vurğulamaq istəyirəm ki, xalqımızın, əsgərimizin, vətəndaşımızın, ermənilərin məğlubiyyəti, müharibənin ağır nəticələri və mövcud vəziyyət idarəetmənin müxtəlif sahələrində qeyri-mütəşəkkilliyin, məsuliyyətsizliyin və peşəkarlıq çatışmazlığının nəticəsidir. Bu səhifə artıq bağlanmalı, çevrilməlidir”,- deyə ölkə prezidenti xalqa Yeni il təbriki zamanındakı müraciətində bildirib.

Onun sözlərinə görə, 2020-ci il Ermənistanın müasir tarixində ən çətin il oldu, ölkə çox ağır sınaqlardan keçdi və indi dövlət hökuməti itkin düşənlərin taleyini düşünmək, bütün məhbusları və girovları vətənlərinə ən qısa zamanda qaytarmaq, sərhədlərin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlindən gələni etməyə borcludur.

“Bizim bundan sonrakı yolumuz çox çətindir və sınaqlarla doludur, bizə dərin yaralar vurulmuşdur, lakin özümüzü bərpa etmək, ayaq üstə durmaq, qazanmaq təcrübəmiz və iradəmiz olmalıdır. Birliyə alternativ yoxdur”, -deyə Ermənistan prezidenti bildirib.

Sözügedən ölkənin prezidenti mövcud vəziyyətdən çıxmaq üçün bu gün həyata keçirilməli olan aydın bir baxış, strategiya və real bir proqrama ehtiyac olduğunu qeyd edib.

“Bizim reallıqdan uzaq, həyatdan təcrid olunmuş şəkildə, “facebook”, virtual aləmində yaşamağa haqqımız yoxdur. Gerçəkliyə qayıtmalıyıq",- deyən Sarkisyan ölkəsinin güclü və etibarlı bir Ermənistan olması üçün iqtisadiyyatın, ordunun, diplomatiyanın, təhsilin və elm sisteminin yenidən qurmasının lazım olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: