Dünyanın ən hündür binasında Yeni il gecəsində Azərbaycan bayrağı da əks olunub - VİDEO

A- A A+

Yeni ilə dəqiqələr qalmış dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə” qülləsində planetin müxtəlif xalqlarının dillərində təbriklər və dövlət bayraqlarının əksi yer alıb. Dubay vaxtı ilə saat 23:55-də möhtəşəm binanın üzərində Azərbaycanın dövlət bayrağı və Azərbaycan dilində “Yeni iliniz mübarək” təbriki də əks olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: