“Yeni il Ermənistanda yeni ağrılar, qeyri-sabitlik, yeni itkilər ilidir” Karen Vrtanesyan

A- A A+

Nikol ilə yeni ildə erməniləri davamlı bir qeyri-sabitlik, yeni ağrı-acı, yeni-yeni itkilər gözləyir. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın tanınmış razm.info xəbər saytının baş redaktoru, erməni hərbi ekspert Karen Vrtanesyan öz Facebook səhifəsində yazıb.

Hərbi ekspert qeyd edib ki, 2021-ci il heç də nikbin proqnozlar vəd etmir.

"Nikol Paşinyan özünün yaratdığı 2020-ci ilin bütün pisliklərini özü ilə 2021-ci ilə daşıyacaq! Nikol 2020-ci ildə qalmalı idi. Onun hekayəsi bitmirsə, gələcəkdən yaxşı bir şey gözləmək çox çətindir. Nikol ilə Ermənistanı bir il davamlı qeyri-sabitlik, yeni ağrı, yeni itkilər gözləyir. Ermənilər səbrli və ayıq olmalıdır",- deyə Karen Vrtanesyan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: