Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib - VİDEO
Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün xilasedicilərlə birlikdə Azərbaycana uçub: “Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”.
Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.