Hazırda iki mülki şəxs erməni əsirliyində saxlanılır

A- A A+

Bu il sentyabrın 27-də Ermənistan ordusunun hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı torpaqlarımız işğaldan azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsində əsir düşmüş 12 hərbi qulluqçumuz və 2 mülki şəxs Əsir və itkin düşüb, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər nəticəsində əsirlikdən azad olunub. Hazırda erməni əsirliyində iki mülki şəxs saxlanılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

İsmayıl Axundov qeyd edib ki, Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Həmin şəxslər barəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: