Əsirlikdə olarkən ağır işgəncələrə məruz qaldım. Düşmən beynəlxalq hüquqa riayət etməyərək əsirlərə dəhşətli işgəncələr verirdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Mobil Əhmədzadə yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Ermənilərin müharibənin başa çatdığını azərbaycanlı əsirlərə bildirmədiklərini vurğulayan M.Əhmədzadə qeyd edib: “Dekabrın 10-da gördüm ki, ermənilər televizorda Bakıdakı Zəfər paradına baxırlar. Onlar qəzəblə Paşinyan, Paşinyan deyə qışqırırdılar. O zaman anladım ki, Ordumuz qələbə qazanıb və ermənilər ona görə belə edirlər”.
Vətən müharibəsində Böyük Qələbəyə və əsirlikdən azad olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlıq edən hərbçi deyib: “Əsirlikdən azad edilərək Vətənimizə qaytarıldığımıza görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. Biz onun sayəsində Vətənə qayıdaraq doğmalarımıza qovuşmuşuq”.