Nurlan Əlizadə: Bizə verilən fiziki və mənəvi işgəncələrin dəhşətini necə ifadə edəcəyimi bilmirəm

A- A A+

Vətən müharibəsi başlayanda Bakıda xidmətdə idik. Bizi birbaşa Füzuli rayonu istiqamətinə apardılar və döyüşlərə qatıldım. Vətən müharibəsində döyüşlər zamanı xalqımız yumruq kimi birləşərək sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Nurlan Əlizadə yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.

Müharibənin başa çatmasından bir neçə gün əvvəl əsir düşdüyünü deyən Nurlan Əlizadə bildirib: “Bizə verilən fiziki və mənəvi işgəncələrin dəhşətini necə ifadə edəcəyimi bilmirəm. Ermənilər Gəncənin mülki əhalisini raket atəşinə tutduqlarını, dinc sakinləri qətlə yetirdiklərini qürurla danışırdılar. Ancaq biz bütün zülüm və işgəncələrə dözürdük. Hamımız inanırdıq ki, Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bizi əsirlikdən azad edəcək. Belə də oldu. Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan əsgərinin şücaəti nəticəsində əsirlikdən azad olunduq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların analarının qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: