Erməni hərbi ekspert: “Müharibəni rüsvayçı şəkildə uduzduq, minlərlə həyatlar itirdik”

A- A A+

“Bir çoxlarınız onu hakimiyyətə gətirməyə görə günahkarsınız, biz azlar buna qarşı mübarizə aparmamağa görə hədsiz dərəcədə qəzəbliyik”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni hərbi ekspert Karen Vrtanesyan yazıb.

“Hamımız üçün taleyüklü qərarları qəbul etməyin inhisarı Nikolun inhisarıdır, müharibəni rüsvayçı şəkildə uduzduq, minlərlə həyatlar itirdik, Qarabağı itirdik, ölkəni hissə-hissə rəqibə veririk, amma nədənsə “hamımızın günahkar olduğu” məlum olur. Onun elan etdiyi “iqtisadi inqilab” uğursuz oldu? “Hamımız günahkarıq”. “Covid”ə qarşı mübarizə uğursuz oldu? “Hamımız günahkarıq”, - deyə Vrtanesyan qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: