Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı səhvi düzəltdi - FOTOLAR

A- A A+

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, başlıqda Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərflə - “NKR” (yəni “dqr”) şəklində verilmişdi.

Bir müddətdən sonra texniki səhv düzəldilib və sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyi kimi qeyd olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: