Türkiyə mediası: İşğalından azad edilən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu - FOTOLAR

A- A A+

Prezident İlham Əliyevin Qafqazın incisi sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən mühüm xəbər kimi ictimaiyyətə təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısının bu qərarı, onsuz da qardaş ölkə mediasında ən aktual mövzu kimi qalmaqda olan 44 günlük şərəfli Vətən müharibəsi mövzusunu yenidən canlandırıb.

TRT haber kanalı “Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edildi” sərlövhəsi ilə xüsusi reportaj yayıb. Reportajda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, o cümlədən böyük peşəkarlıqla qurulan yenilməz Ordumuzun qazandığı müzəffər zəfərdən bəhs edilib.

Anadolu və İHA xəbər agentlikləri, Haber Global telekanalı, “Yeni şəfəq” və “Sabah” qəzetləri və s. nüfuzlu media orqanları da mövzu ilə bağlı geniş məlumat yayıblar.

Türkiyə mediası tərəfindən Prezident İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı etdiyi dərin məzmunlu çıxışda səsləndirdiyi fikirlər, işğaldan azad olunan ərazilərdə bərpa işləri, o cümlədən Füzuli rayonunda hava limanının tikintisi və s. məsələlər barədə türkdilli ictimaiyyətə geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: