“Paşinyan kimi anormalla heç bir ölkə danışıq aparmaz” - Ermənistan müxalifəti

A- A A+

Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyanın dərhal istefaya göndərilməli olduğunu deyib.

Onun fikrincə, baş nazir öz qeyri-ciddi addımları ilə ölkənin nüfuzuna ciddi zərbə vurub.

“Heç bir ölkə, hətta ən yaxın müttəfiq belə Paşinyan kimi anormal şəxslə danışıqlar aparmaq istəməz. Bu şəraitdə ölkə dünyadan təcriddə qalmaqda davam edir. Azərbaycan isə vəziyyətdən istifadə edərək, öz mövqeyini daha da möhkəmləndirir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: