Vyetnam KİV-ləri Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən yazır - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi Vyetnam mətbuatında geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vyetnamın aparıcı teleradio holdinqi olan “Voice of Vietnam” və bir sıra KİV-lərdə yanvarın 5-6-da dövlətimizin başçısının həmin məsələyə dair çıxışı ilə bağlı məqalələr dərc edilib. Prezident İlham Əliyev Şuşanın nəinki Azərbaycanın, həm də bölgənin mədəniyyət paytaxtı hesab oluna biləcəyi ilə bağlı fikrinə toxunan Vyetnam KİV-ləri bildirir ki, Azərbaycan Prezidentinin göstərişi əsasında Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verilib və böyük heyət oraya ezam edilib.

Vyetnam mətbuatı, həmçinin məlumat verir ki, Prezident İlham Əliyev çıxışında Şuşanın yaşayış infrastrukturunun, tarixi abidələrinin təftişinin aparılmasını, vurulmuş ziyanın dəqiq hesablanmasını, Şuşa şəhərinin bərpasının başlanmasının vacibliyini vurğulayıb. Məqalələrdə Prezident İlham Əliyevin “Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir” fikri də xatırladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: