“Ermənistanın məğlubiyyətində Annanın gizli rolu olub” - Paşinyanın arvadına ittiham

A- A A+

"Anna Akopyan əri, Ermənistanın Baş naziri Nikol Paşinyandan daha vacib və əhəmiyyətli bir amildir".

NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan deyib.

Onun sözlərinə görə, de-yure dövlət başçısı vəzifəsini tutan şəxs əvvəllər, komanda məntəqəsində olan arvadını oraya generallara mənəvi dəstək göstərmək üçün ezam etdiyini bildirmişdi.

"Elə yalnız bu məqamın özü hüquqi qiymətləndirmə tələb edir, çünki onun həyat yoldaşı komanda məntəqəsində olmaq hüququna malik deyildi", - Kazinyan vurğulayıb.

Partiya sədri hesab edir ki, Anna Akopyan mütləq dindirilməlidir:

“Çünki Qarabağ müharibəsində erməni tərəfinin məğlub edilməsində onun gizli rolu olub”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: