Macarıstan nəşri Azərbaycanın Füzulidə beynəlxalq aeroport açmaq planları barədə yazıb

A- A A+

Macarıstanın “Daily News Hungary” nəşri Azərbaycanın Füzulidə beynəlxalq aeroport açmaq planları barədə yazıb (bax: https://dailynewshungary.com/another-international-airport-to-be-opened-in-the-south-caucasus/).

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digər şəhərlərinin işğal illəri ərzində ermənilər tərəfindən tamamilə dağıdılmasından bəhs edilir, bu dağıntıların beynəlxalq ekspertlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması bildirilir.

Nəşr Prezident İlham Əliyevin Şuşa şəhərini “Azərbaycanın mədəniyyət paytaxtı” elan etməsi, cari ildə bu şəhərdə bir neçə beynəlxalq festivalın keçiriləcəyi, habelə erməni işğalından azad edilən ərazilərin bərpası üzrə iri infrastruktur layihələrin planlaşdırılması haqda da məlumat verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: