Erməni ekspert: “Mehri dəhlizi Paşinyanın başqa bir manipulyasiya hekayəsidir”

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, hazırda Naxçıvan dəhlizinin açılması üçün aydın iş davam edir: “Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, erməni şərqşünas ekspert Varujan Qeğamyan öz “Facebook” səhifəsində yazıb ki, Meğri dəhlizi Paşinyanın başqa bir manipulyasiya hekayəsidir.

“Xatırladım ki, Ermənistan Baş naziri dekabrın 5-də bildirmişdi: “9 noyabr bəyanatı ilə bağlı hansısa insanlar “Meğri dəhlizi” anlayışını dövriyyəyə qoyurlar. Hamınızın diqqətini bu fakta çəkmək istəyirəm ki, bəyanatda nə “Meğri” sözü, nə də “dəhliz” sözü var. Laçınla bağlı “dəhliz” sözü var. Qeyd edim ki, Meğri ilə bağlı “dəhliz” anlayışı yoxdur.

Yeri gəlmişkən, rəqiblərimiz “Mehri dəhlizi” ifadəsini işlətməkdən də çəkinirlər. Azərbaycan və Türkiyə iki əsas termini dövriyyəyə qoyub: “Naxçıvan dəhlizi” və “Zəngəzur dəhlizi””, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: