KİV: Ermənistanda müqaviləli hərbi qulluqçular əmək müqavilələrinin dayandırılması barədə bildirişlər alıblar

A- A A+

Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bildirişlər göndərib. Bu bildirişlərə görə, yanvarın 8-nə olan vəziyyətə əsasən müqaviləli hərbi qulluqçuların müqavilələri ləğv olunur və uzadılmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ermənilərə məxsus “Mediaport” teleqram kanalı Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Qarabağdan Ermənistana gəlmiş hərbi qulluqçularla müqavilələrin kiçik bir hissəsi imzalanacaq, qalan müqavilələr isə sadəcə artıq imzalanmayacaq.

Bununla qeyd etmək olar ki, erməni hərbi qulluqçuların sayı azaldılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: