Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər 9 noyabr üçtərəfli bəyanatın icrası, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.