Yerevan Today: "Müsbət gözləntilər yoxdur, bizi aclıq, işsizlik və mühacirət gözləyir"

A- A A+

Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı Ermənistanın Yerevan Today xəbər agentliyi Ermənistan əhalisi ilə sorğu keçirib və onların görüşdən sonra hansı hadisələrin cərəyan edəcəyi ilə bağlı fikirlərini öyrənməyə çalışıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, adıçəkilən agentliyin teleqram kanalının yazdığına görə, Ermənistan əhalisi artıq hər şeydən əllərini üzüblər.

“Nikol Paşinyan gərək ümumiyyətlə Moskvaya getməzdi və bizim baş nazirimiz olmamalıydı. O, bizim ölkəni məhv etdi”,- deyə giley-güzar edən sadə erməni vətəndaşları bundan sonrakı aqibətlərinin daha acınacaqlı olacağını istisna etməyiblər.

“Torpaqlar təhvil verildi, bizim o qədər itkilərimiz var ki, o qədər əsirlərimiz var ki... Bizdə müsbət gözləntilər daha yoxdur. Bizi aclıq, işsizlik və mühacirət gözləyir. Əvvəllər bundan yaxşı yaşayırdıq”,- deyə Ermənistan vətəndaşları sorğuda iştirak edərkən bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: