“Ermənistan yox, Azərbaycanla Rusiya istədiyini aldı” Tigran Abrahamyan

A- A A+

“Azərbaycan və Rusiya Moskva görüşündən istədiklərini aldılar, ancaq Ermənistanın məsələləri həll olunmadı”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri "Anaket" analitik mərkəzin təsisçisi və rəhbəri Tiqran Abrahamyan öz "Facebook" səhifəsində yazıb.

Analitik mərkəzin təsisçisi qeyd edib ki, Ermənistanın baş naziri iki məsələnin, yəni Dağlıq Qarabağın statusu və məhbus mübadiləsi məsələlərinin həll olunmadığını yalnız xatırlada bildi. O, öz sosial şəbəkə hesabında öz statusunu əsasən, dünən, 11 yanvar tarixində Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında aparılan üçtərəfli danışıqlara həsr edib və fikirlərini paylaşıb.

“Azərbaycan və Rusiya bu görüşdən istədiklərini aldılar, məqsədlərinə nail oldular. Güman edirəm ki, bütün bunlar ciddi şəkildə müzakirə olunmadılar. Üç ölkə liderinin - Paşinyan, Putin və Əliyevin görüşündən və bundan sonra mətbuata verdiyi açıqlamalardan aydın oldu ki, müzakirə regional iqtisadi münasibətlərin normallaşdırılmasına, kommunikasiyaların, infrastrukturların, beynəlxalq trafikin açılmasına həsr olunub və yalnız regional təhlükəsizlik və mexanizmlər barədə ümumi formulalar üzərində qurulub. Bu görüşdən əvvəl Nikol Paşinyan hərbi əsirlərin və ölənlərin cəsədlərinin geri qaytarılması məsələsini bir şərt olaraq irəli sürəcəyini, hətta, yalnız bu məsələlərin həllindən sonra komunikasiyalara yer veriləcəyini söz verdiyi halda, heç də buna nail ola bilmədi, deməli, Ermənistanın məsələsi həll olunmadı",- deyə Tiqran Abrahamyan qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: