Prezidenti İlham Əliyevin Moskvaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 11-də Rusiyaya səfəri və Moskva şəhərində keçirilən görüşlər Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, tədbirdən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mətbuata birgə bəyanatları barədə məlumatlar ayrı-ayrılıqda türkdilli ictimaiyyətə çatdırılıb. O cümlədən qardaş ölkə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşə də geniş yer ayırıb.

Anadolu agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və Moskvada keçirilmiş görüşlərin nəticələri ilə bağlı türk və ingilis dillərində informasiyalar yayıb. “TRT haber”, “Haber Global”, “Haber Türk” və digər telekanallar səfərlə bağlı reportajlar yayımlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: