Ərəb KİV-ləri: Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bəyan edib - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında söylədiyi “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik” sözləri ərəb KİV-lərinin diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirin “Əl Əhram”, “Əxbar əl Youm”, “Əl Masr Əl Youm” qəzetləri, “Asiya Əl Youm” və rəsmi MENA informasiya agentlikləri, Səudiyyə Ərəbistanının “Arabnews” nəşri, həmçinin “RT Arabic”, “Al Arabia” televiziya kanalları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü və onların bəyanatlarını geniş işıqlandırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşu ölkələrin mənafelərinə cavab verdiyini vurğulayıb. O əmin olduğunu bildirib ki, qonşu ölkələr regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: