Türkiyə Prezidenti: Minsk qrupunun 30 ildə həll edə bilmədiyi problem Türkiyənin dəstəyi ilə 44 günə həllini tapdı
Otuz ildən sonra olsa da, Qarabağda ədalət bərpa olundu, bölgə həsrət qaldığı sabitliyinə qovuşdu. Otuz ildir öz yurdlarından didərgin düşmüş azərbaycanlı soydaşlarımızın doğma yurdlarına geri dönməsi təmin olundu.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Türkiyədə akkreditasiya olunmuş səfirləri ilə Çankaya köşkündə keçirdiyi görüşdə ifadə edib.
Dövlət başçısı diqqətə çatdırıb ki, Minsk qrupunun 30 il ərzində həll edə bilmədiyi problem Türkiyənin dəstəyi ilə 44 gündə ədalətli həllini tapdı.