Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü Ukraynanın KİV-ləri tərəfindən geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü Ukrayna KİV-lərinin da diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrinform, UNİAN, RBK-Ukrayna informasiya agentlikləri, GORDON, Segodnya, Dialog portalları və digər nəşrlər Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilən görüş, müzakirə olunan məsələlər və qəbul edilən üçtərəfli bəyanat barədə ətraflı məlumatlar yayıblar. Azərbaycan Prezidenti İlham Əliyevə istinadla atəşkəs haqqında razılaşmanın icra olunduğu və hazırkı vəziyyətlə əlaqədar məmnunluğunu ifadə etdiyi vurğulanıb.

Məqalələrdə münaqişənin tarixi barədə də məlumatlar verilib və qeyd edilib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarının son döyüşlər nəticəsində azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: