Şuşa istiqamətində hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb

A- A A+

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonunun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: