Bəhreyn qəzeti Prezident İlham Əliyevin Şuşaya səfərindən yazıb

A- A A+

Bəhreyn Krallığının nüfuzlu “Əl Vətən” qəzetində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri barədə material dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xəbərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdığı bildirilib. Qeyd edilib ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət ediblər. Prezident İlham Əliyev məscidə “Qurani-Şərif” hədiyyə edib.

Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: