Ermənistanın vitse-spikeri revanşa qarşı: “Kimin 18 yaşlı oğlunun hesabına bunu edəcəklər?”

A- A A+

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağıranları “ziyanlı və reqressiv” adlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazaryan revanş çağırışlarına qarşı olduğunu bildirib və deyib: 

“Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər”.

L.Nazaryan əlavə edib ki, Ermənistanın bütün qonşuları ilə “uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə” can atmaq lazımdır.

“Region sonda nəhayət insani sifətə malik olmalıdır” - Nazaryan deyib.

Vitse-spiker müxalifətin “müharibəni uduzan lider danışıqlar apara bilməz” tezisinə də münasibət bildirib. O deyib ki, Nikol Paşinyan işlərin real vəziyyətini indi hamıdan yaxşı təsəvvür edir və o, “yerdədir”, başqaları kimi buludlarda süzmür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: