Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması və Şuşa şəhərinə səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və İHA agentliklərinin, TGRT, TRT haber telekanallarının, həmçinin “Sabah”, “Milliyyət”, “Takvim”, “Star”, “Yeni şafaq” və digər nüfuzlu media qurumlarının saytlarında səfər barədə videomateriallar, orijinal fotolar və müxtəlif xəbərlər təqdim olunmaqdadır. Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar, həssas mövzularla bağlı ünvanlandığı mühüm mesajlar, hərbçilərimizlə səmimi görüşü və şəkil çəkdirməsi və sair ayrı-ayrı sərlövhələrlə türkdilli ictimaiyyətə çatdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: