“10 mindən çox erməni hərbçi fərarilik edib” - Andranik Koçaryan

179

Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan ölkədə 10 mindən çox fərarinin olduğunu etiraf edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Bizim 10 mindən çox axtarışda olan vətəndaşımız var ki, onlar da xidmətdən yayınıblar”,-erməni deputat deyib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Prezident İlham Əliyev xalqa müraciətində Ermənistan ordusunda fərarilik edənlərin sayının 10 mindən çox olduğunu diqqətə çatdırmışdı:

“Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: