Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Gürcüstanın nüfuzlu “kavkasia.net”, “marneulifm.ge”, “report.ge” informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa şəhərinə tarixi səfəri ilə bağlı informasiyalar yayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidentinin Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyduğu, Şuşaya səfər edərək orada görüşlər keçirməsi, mədəniyyət paytaxtı elan olunmuş bu şəhərdə Azərbaycan bayrağının ucaldılması barədə oxuculara ətraflı məlumat verilib.

Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunan materiallar oxuculara həm də foto və video görüntülərlə təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: