TÜRKSOY-un baş katibi: ermənilər tərəfindən dini abidələrin dağıdılması bütün bəşəriyyətin təhqir olunmasıdır
İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.
Ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi görən Düsen Kaseinov deyib: "Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır".
TÜRKSOY-un baş katibi bildirib ki, quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir: “Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin”.