Macarıstan portalı: Macarıstan Qarabağda bərpa işlərində fəal iştirak etmək niyyətindədir

A- A A+

Macarıstanın 24.hu portalında dərc edilən məlumatda bildirilir ki, Macarıstan hökuməti Azərbaycanın Qarabağ bölgəsində bərpa işlərində fəal iştirak etmək niyyətindədir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portal xarici işlər və ticarət naziri Peter Siyartonun Macarıstanın Azərbaycan hökumətinin tenderlərinin qalibi qismində bölgədə bərpa işlərində iştirak edəcək ilk ölkələr arasında olmaq arzusunu ifadə edən bəyanatına istinad edir.

Məlumatda, həmçinin Azərbaycanın Macarıstan üçün ölkənin təbii qazla təminatında və onun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas tərəfdaş olduğunu xatırladılır.

Bundan başqa, qeyd edilir ki, müharibənin başa çatması ilə müxtəlif ölkələrin, o cümlədən Macarıstanın iştirakı ilə iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: