“Reza - günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” adlı vebinar keçirilib - FOTOLAR

A- A A+

Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyası və Fransa–Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, “Reza - günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 20 Yanvar hadisələri zamanı Bakıda olduğunu və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda törədilən dəhşətli hadisələri dünya ictimaiyyətinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində çəkdiyi fotoşəkillərin tarixçəsini danışıb.

Tədbir “Facebook” üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: