Daha 4 erməni cəsədinin qalıqları tapılıb

A- A A+

Qarabağ ərazilərində aparılan axtarışlar zamanı daha dörd erməninin cəsədlərinin qalıqları aşkar edilib. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Dövlət Fövqəladə Hallar Xidmətinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan FaktInfo-ya danışıb.

O, qeyd edib ki, erməni şəxslərin cəsədlərinin qalıqları Hadrud bölgəsində aşkar edilib. Qalıqlar yaxınlıqdakı bağlarda tapılıb. Ölüm şərtlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Xatırladılır ki, axtarışlar hələ də davam edir və qondarma rejimin Dövlət Fövqəladə Hallar Xidmətinin işçilərindən ibarət daha bir neçə dəstə axtarışlara cəlb ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: