Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb - FOTOLAR

A- A A+

Türkiyə kütləvi informasiya vasitələri Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması barədə geniş məlumatlar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qardaş ölkə mediası, həmçinin Türkiyə Xarici İşlər Nazirliyinin məlum anlaşmanı məmnuniyyətlə qarşılamasına dair açıqlamaya da geniş yer ayırıb.

Məlumatlarda əminliklə ifadə olunur ki, yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında imzalanmış məlum tarixi sənəd regiondakı iqtisadi münasibətlərə və inkişaf prosesinə yeni təkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: