Ermənistanda Rusiya hərbçisi yol qəzasında həlak olub

A- A A+

Rusiya hərbçisi Ermənistanın Gümrü şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Gümrü qarnizonunun rəhbərliyi Ermənistan hüquq-mühafizə orqanları ilə birlikdə rusiyalı hərbçinin yol-nəqliyyat hadisəsində həlak olması faktını araşdırır.

Hadisə yanvarın 23-də səhərə yaxın baş verib. Rusiya hərbçisinin idarə etdiyi avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb. Nəticədə hərbçinin avtomobili yanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: