XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır

A- A A+

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.

Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin Vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin “Türk Hava Yolları”nın ilk uçuş reysi ilə, yəni, yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: