“The Moscow Post” qəzeti: Danışmaqla gəlir əldə edən deputat Zatulin

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sankt-Peterburqda çıxan “The Moscow Post” qəzetində Rusiyadakı erməni diasporunun havadarı, deputat Konstantin Zatulin barədə məqalə dərc olunub.

“Danışmaqla gəlir əldə edən deputat Zatulin” adlı məqalənin müəllifi Vladislav Oparışev yazır ki, rusiyalılar Zatulinin fəaliyyətindən narazıdırlar. Deputatlıqdan başqa rəsmən heç bir gəlir yeri olmayan Zatulin Krasnodar vilayətindən seçilmiş ən varlı deputatdır.

Məqalədə Zatulinin Rusiya Dövlət Duması MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin sədr müavini vəzifəsindən də vaxtilə sözbazlığına görə kənarlaşdırıldığı deyilir. Qeyd olunur ki, 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı Zatulin açıq-aydın Ermənistanın mövqeyini dəstəkləyirdi. Tərəfləri sülhə və barışığa çağırmaq əvəzinə o, Azərbaycana qarşı sərt tənqidlərlə çıxış edir, Türkiyənin Azərbaycanın müttəfiqi olmasına narazılığını bildirirdi. V.Oparışev Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun “Komsomolskaya pravda” qəzetindəki məqaləsində Zatulinə cavabından sitata gətirərək yazır ki, Azərbaycan müstəqil ölkə kimi lazım bildiyi müttəfiqləri seçmək niyyətindədir. Rusiya Prezidenti Vladimir Putin də müsahibələrinin birində Azərbaycan-Türkiyə müttəfiqliyinə münasibət bildirərək vurğulamışdı ki, Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşır.

Məqalədə deyilir ki, Zatulinin Ermənistanın tərəfini tutmağı təəccüblü deyil. O, Rusiya ilə Ermənistan arasında dialoqa dəstək verilməsi üçün yaradılan “Lazarev klubu”nun fəal üzvüdür və Zatulinin başçılıq etdiyi MDB İnstitutu klubun təsisçilərindən biridir. Nəşrin yazdığına görə, klubun fəaliyyəti həm də Rusiyadakı erməni əsilli tanınmış iş adamlarının ianəsi hesabına həyata keçirilir, lakin Zatulinin bu gəlirlər barədə də hesabatı heç yerdə gözə dəymir.

Müəllif belə sual verir ki, Zatulin dilini dinc qoysa idi, Rusiyanın yaxın qonşuları ilə münasibətləri daha yaxşı ola bilərdimi? Cavabdan görünür ki, Zatulinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini məhz “Lazarev klubu”na sponsorluq edən erməni iş adamları müəyyənləşdirir. Klub Rusiyanın Ermənistana yumşaq təsir qüvvəsi kimi təqdim olunsa da, daha çox əks təsir qüvvəsinə malikdir və əslində, böyük biznesin mənafelərinə qulluq edir.

Sonda müəllif vurğulayır: “Nə qədər ki, Zatulin kimilər dövlət orqanlarında yer alacaqlar, Rusiyanın MDB ölkələri ilə münasibətlərinin inkişafına ümid bəsləmək əbəsdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: