Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Dövlətyarlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.