Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar

A- A A+

Dünyaca məşhur fotoqraf Reza Deqati Xurşidbanu Natəvanla bağlı paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, fotoqraf “Instagram” səhifəsində bildirib ki, Natəvan 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.

Deqati izləyicilərin diqqətinə çatdırıb ki, Natəvan Qarabağın son xanının varisi olub və ailənin sərvətinin böyük hissəsini humanitar fəaliyyətə sərf edib.

Fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini vurğulayıb: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: