Hikmət Hacıyev: Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb

A- A A+

Türkiyə-Azərbaycan əlaqələri sıradan bir münasibətlər deyil. Bu əlaqələrin təməlində xalqlarımızın qardaşlıq münasibətləri, ortaq mədəniyyətimiz dayanır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinardakı çıxışında bildirib.

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin əbədi olacağını söyləyən Hikmət Hacıyev deyib: “Əminəm ki, qarşıdan gələn onillik və yüzilliklərdə də əməkdaşlığımız davam edəcək və münasibətlərimiz daha da möhkəmlənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, dünyada bir-birinə tarixi köklərlə, mədəni irsi ilə bağlı olan bir çox başqa dövlətlər də var, lakin onların arasındakı əlaqələr Azərbaycan-Türkiyə münasibətləri qədər nümunəvi deyil. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb”.

Prezidentin köməkçisi qeyd edib ki, qarşımıza qoyulan əsas vəzifə də xalqlarımızın iradəsindən irəli gələn bu əməkdaşlığın bütün sahələrdə inkişafını təmin etməkdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: