Naxçıvanda məktəblilərin imtahan nəticələrini bildirən yeni xidmət yaradıldı

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, artıq Nazirliyin İmtahan Mərkəzində keçirilən imtahanların nəticələrinin SMS vasitəsi ilə əldə edilməsi mümkün olacaq. Xidmətin təşkilində məqsəd şagirdlərin imtahandakı uğurları ilə bağlı məlumatları valideynlərə daha rahat və əlverişli üsullarla çatdırmaqdır. İmtahan nəticələri ilə bağlı məlumat almaq istəyənlər Naxtel üzərindən şagirdlərin iş nömrələrini 7070-ə SMS-lə göndərə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: