“TRT Haber” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj yayıb - FOTOLAR

A- A A+

“TRT Haber” telekanalı Azərbaycan ilə bağlı xüsusi reportaj yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamaları əsasında hazırlanmış reportajda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi və sonrakı proseslərdən bəhs olunub.

Reportajda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, bölgədə sülhün qorunmasında Türkiyənin yeri və rolu, Bakıda keçirilən hərbi parad, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələri, işğaldan azad olunan ərazilərimizin, o cümlədən Şuşa şəhərinin yenidən qurulması istiqamətində qəbul olunan qərarlar və görülən işlər barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: