Azərbaycanla Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Sülhməramlıları kontingentin komandanı general-leytenant Rüstəm Muradov bildirib.
O qeyd edib ki, yanvarın 28-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan əsirliyində olan bir nəfər Bakıya gətirilib. İrəvana isə 5 əsir qaytarılıb.