Qarabağda daha 8 erməni hərbçinin meyiti tapılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonu ərazisində ötən gün aparılan axtarış zamanı daha 8 erməni hərbçinin qalıqları tapılıb.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Xocavənd, Hadrut və Cəbrayıl ərazisində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 28-dək döyüş bölgəsindən 1 329 erməninin qalıqları aşkarlanıb. Onlardan 15-i mülki vətəndaşdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: