“İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin toplantısı yaxın zamanlarda İranda keçiriləcək”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyənin Qafqaz mövzusundakı əməkdaşlığı bölgə ölkələri və xalqları üçün faydalı olacaq”, - o deyib.