Qarabağda daha bir neçə erməni hərbçinin meyiti tapılıb

A- A A+

Vətən müharibəsində məhv edilən daha 15 erməni hərbçinin meyiti tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumata görə, 13 hərbçinin qalıqları Cəbrayılda, 1-i Xocavənddə aşkarlanıb, digərini isə Azərbaycan tərəfi təhvil verib.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Hadrut və Qubadlı istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 29-dək döyüş bölgəsindən 1 344 erməninin qalıqları aşkarlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: