Türkiyə KİV-ləri Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından yazıb - FOTOLAR

A- A A+

Azərbaycanın Qarabağ bölgəsində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-dan etibarən fəaliyyətə başlaması qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı da türkdilli oxuculara təqdim olunub.

Anadolu, DHA xəbər agentlikləri, “TRT Haber”, “A Haber”, NTV, “Haber Türk”, “CNN Türk” telekanalları, “Sabah”, “Milliyet” və digər qəzetlər Birgə Monitorinq Mərkəzinin açılış mərasimindən video və fotolar yayıblar.

Məlumatlarda qeyd olunur ki, Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub.

Diqqətə çatdırılır ki, müzəffər Azərbaycan Ordusu ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad edərək təcavüzkar Ermənistanı təslim olmağa məcbur edib. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məhz bu Qələbə nəticəsində yaranmış atəşkəsin davamlı olmasına nəzarət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: